Yadplanetlilər var!

Alim onların varlığına qəti əmindir

  NASA tədqiqatçısı doktor Michelle Thaller kainatda bizdən savayı başqa canlıların da mövcud olduğuna əmindir. “Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, NASA alimi bu barədə Nyu-Yorkdakı Artechousda düzənlənən və ziyarətçiləri ciddi bir kosmos kəşfi ilə tanış etməyi qarşısına məqsəd qoyan “Beyond the Light” – İşıqdan da sürətli” adlı sərgidə “The Sun” qəzetinə açıqlamasında danışıb. Alim deyib ki, karbondioksidlə dolu atmosferdə həyat əlamətləri müşahidə edilir. Bu da kosmosda – kainatda bizdən savayı, daha başqa canlıların olduğunu təsdiqləyir. Alim bildirib ki, bu sərgi NASA ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və “James Vebb” Kosmos Teleskopundan (JVST) yeni analiz edilmiş qalaktika məlumatlarını özündə birləşdirir. JVST insanların bizdən uzaq qalaktikalarda mövcud olan planetləri kəşf etməyə kömək edəcək. Lakin alim hesab edir ki, kainatda fərqli həyat və fərqli canlılar bizim qalaktikaya daha yaxın məsafədədirlər: “Başqa bir planetdə həyat olduğuna qəti əminəm. Veneranın atmosferində həyat əlamətləri görürük. Böyük ehtimalla Yupiter və Saturnun buzlaqları altında da həyat vardır. Günəş sistemi bəsit, mikroskopik yaşamla dolu ola bilər. Kainatda bizdən savayı digər bir həyat, yaşayış olduğunu kəşf etdiyimizi söyləməyimiz üçün 100 faiz əmin olmağımız gərəkir. Mən buna əminəm. Lakin hələ ki, bunu qəti təsdiq edəcək faktlara malik deyilik. Bu, sadəcə zamana bağlı məsələdir. Bizdən uzaqda başqa bir həyat varmı? Var”.