Tramp gülüş obyektinə çevrildi

Onun şübhəli şəxs qismində fotoları sosial mediada gündəm oldu

  ABŞ-nin sabiq prezidenti Donald Trampın saxlanılan şəxs qismində çəkilmiş fotoqrafının yayılması sosial mediada fırtına qoparıb. Sosial media istifadəçiləri sabiq prezidenti gülüş obyektinə çevirərək nalayiq karikaturalar paylaşıblar.
“Sherg.az"a “NTV.com.tr”yə istinadən xəbər verir ki, D.Tramp seçkinin nəticələrinə müdaxiləyə cəhddə şübhəli bilinərək polis idarəsinə dəvət edilib. Və onun şübhəli şəxs qismində fotosu çəkilib. D.Trampın adı şübhəli şəxs qismində fotosu çəkilən ilk ABŞ prezidenti olaraq tarixə düşüb. Sabiq prezident 2020-ci ildəki prezident seçkilərində Corcinya ştatında seçim nəticələrinə müdaxilədə ittiham edilir. Buna görə istintaqa dəvət edilən D.Trampın idarədə fotosu çəkilib. Foto isə mediada yayılıb. Ardınca da sabiq prezidenti ələ salan kampaniya başlanıb. Bəzi sosial media izləyiciləri D.Trampla nalayiq şəkildə zarafatlaşaraq onun karikaturalarını paylaşıblar.