SON DƏQİQƏ: Qucaqlaşdılar, Bayden xəstəxana qətliamını "partlayış" adalandırdı

İsrail-Qəzza müharibəsinin onuncu günü İsrail tərəfindən atılan raket axşam saatlarında Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına düşərək, azı 500 nəfərin ölümünə səbəb olub. 


Sherg.az xəbər verir ki, müharibənin on birinci günündə Qəzzada ölənlərin sayı 3300-ü keçib. Fələstin rəsmiləri xəstəxanaya hücumdan sonra ölənlərin sayının artdığını, İsrailin tamamilə mühasirəyə aldığı və davamlı olaraq bombardman etdiyi Qəzza zolağında yaralananların sayının 13 mindən çox olduğunu açıqlayıb.Bu gün Qəzza şəhərində kütləvi məzarlar qazılır. 


Bu arada ABŞ lideri Co Bayden İsrailə ayaq basan kimi baş nazir Netanyahu ilə kameralar qarşısına keçib. Netanyahu Qəzzada xəstəxana qətliamının kölgəsində reallaşan səfərə görə Co Baydenə dəfələrlə təşəkkür edib və sivil dünyanın HƏMAS-ı məğlub etmək üçün bir araya gəlməsi lazım olduğunu bildirib.ABŞ lideri çıxışında “partlayış”a görə dərin təəssüf hissi ifadə edib. 500-dən çox mülki insanın həyatına son qoyan raket hücumunu "partlayış" adlandıran Bayden, qətliamda fələstinli qruplarının da məsuliyyət daşıdığını bildirib. Xəstəxana hücumuna toxunan Bayden, "Gördüyüm kimi, bunu digər komanda etdi, siz yox. Ancaq buna əmin olmayan bir çox insan var. Buna görə də biz çox şeyin öhdəsindən gəlməliyik" deyə bildirib.