Londonda Fələstin bayrağı daşıyan qadına hücum olub

İngiltərənin paytaxtı Londonda keçirilən Fələstinə dəstək nümayişindən sonra bir nəfər qatar stansiyasının qarşısında əlində Fələstin bayrağı tutan qadına hücum edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, paytaxtda keçirilən Fələstin xalqı ilə həmrəylik yürüşündən sonra əlində bayraq tutan gənc qadın Viktoriya qatar stansiyasının qarşısında naməlum kişi tərəfindən  fiziki hücuma məruz qalıb.

Hadisə barədə vağzal əməkdaşlarına məlumat verilməzdən əvvəl hadisə şahidləri hücuma məruz qalan qadının köməyinə gələrək onu sakitləşdirməyə çalışıblar.

10 dəqiqə sonra hadisə yerinə gələn iki polis əməkdaşı hücuma məruz qalan qadınla danışıb və hadisəni törədən şəxs barədə məlumat alıb. Qadın hadisə zamanı yaralanan biləyini məmurlara göstərib.

Hadisə şahidləri  bildiriblər ki, hadisə zamanı təcavüzkar bayraq təpikləməyə çalışıb və qadın hücumdan sonra titrəyib.

Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Londonda toplanan on minlərlə insan polisin sıx təhlükəsizlik tədbirləri altında Baş nazirliyə doğru yürüş edib.

Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə Fələstinlə həmrəylik aksiyasına qatılan nümayişçilər, İsrailin Qəzzaya hücumlarının dayandırılması, dərhal atəşkəs və humanitar yardım materiallarının Qəzzəyə tam şəkildə daxil olmasına icazə verilməsini istəyib.