Türkiyə xarici işlər naziri Hakan Fidan Kanadalı həmkarı Melani Coli ilə telefonla danışıb.
Sherg.az xəbər verir ki, nazirlikdəki mənbələrdən alınan məlumata görə, Xarici işlər naziri Hakan Fidan bu gün axşam saatlarında Kanadanın xarici işlər naziri Melani Coli ilə telefon danışığı aparıb. Görüşdə İsrail və Fələstindəki son hadisələr və Qəzzada humanitar vəziyyət müzakirə edilib.