Taksimin İstiqlal küçəsində belaruslu gənc qadın üzərində "Ər axtarıram" yazısı ilə maraqlı hadisə yaşanıb. Əlində lövhə ilə küçədə dayanan gənc qadını görənlər sıraya düzülərək foto çəkdiriblər. Gənc qız “Bu zarafat deyil. Mən həqiqətən mənə qayğı göstərəcək yaxşı bir insan axtarıram" deyib.
Sherg.az xəbər verir ki, ötən gün Taksimin İstiqlal küçəsində nadir hadisə baş verib. 19 yaşlı Polina Litvinova adlı belaruslu qız "Ər axtarıram" yazısı və sosial media hesabının istifadəçi adı ilə İstiqlal küçəsində gəzib. Sosial media hesablarında çəkdirdiyi videoları paylaşmağı da unutmayan gənc qızı görən yerli və xarici turistlər təəccüblərini gizlədə bilməyiblər.
“Ər axtarıram” yazısı ilə küçələrdə uzun müddət dolaşan belaruslu qadın onunla şəkil çəkdirmək istəyən vətəndaşlarla pozalar verib. Gənc qızın sosial şəbəkədəki paylaşımı qısa zamanda minlərlə baxış sayına çatıb. Maraqlı hadisə mobil telefonla lentə alınıb.
Əməlin zarafat olmadığını deyən Polina Litvinova bunları deyib:
“Bir çox insanlar niyə bu cür video hazırladığımı soruşur. Onsuz da çox diqqət çəkirəm, amma bu zarafat deyil. Mən həqiqətən mənə qayğı göstərəcək və təhlükəsizliyimi təmin edəcək yaxşı adam axtarıram. Və bu günlərdə sizə seksual obyekt kimi baxmayan kişi tapmaq çətindir. Əgər bu yolla ər tapmaq səhvdirsə, başqa necə tapacağımı bilmirəm. İnsanların yalnız sizdən istifadə etmək istədiyi partnyor tapmaq kimi proqramlar vasitəsilə sizi tapmalıyam? Mənə deyin, o zaman sizi harada tapa bilərəm? Çünki ailə qurmağa hazırlaşan kişi onsuz da belə üsuldan istifadə etməzdi. Ən azından belə şeylərə vaxt itirmir. Ona görə də bu yolu seçdim”.