Qəzzada 2 mindən çox uşaq həyatını itirib - FOTOLAR

İsrail-Həmas qarşıdurması 18-ci gündür davam edir. İndiyə qədər 2 mindən çox uşaq həyatını itirib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 4 min 600 uşaq isə yaralanıb.

Uşaqlardan bəziləri ciddi yanıqlar və əzalarını itirmək kimi xəsarətlər alsa da, müalicə almaq imkanları getdikcə azalır.


Məlumatlar göstərir ki, İsrailin hücumları nəticəsində hər 15 dəqiqədə 1 Qəzzalı uşaq ölür.

Yaralı və əlil uşaqların sayı minlərlə ifadə edilir.

Hücumlar təkcə fiziki deyil, həm də psixoloji zədələrə səbəb olur.

Qəzzalı həkimlər deyirlər ki, ağır bombardman altında olan uşaqlarda ciddi travma əlamətləri var.


 
Yuxulamaq, qorxu, narahatlıq, aqressiv hərəkətlər və heç vaxt valideynlərinin yanından ayrılmamaq bu simptomlardan yalnız bir neçəsidir...

Qəzzadan olan 15 yaşlı uşaq indiyədək İsrailin 5 dəfə ağır bombardmanının şahidi olub.


 
İsrailin hər intensiv bombardmanından sonra Qəzzalı uşaqlarda da travma sonrası stress pozuqluğu müşahidə edilir.

Qeyd edək ki, Qəzzanın 2,3 milyonluq əhalisinin yarısı uşaqlardır.