Honkonqda metro qatarları toqquşdu: Yaralılar var

Çinin Xüsusi İnzibati Bölgəsi Honkonqda metro qatarları toqquşub.

Axar.az xəbər verir ki, bu barədə RTHK radiostansiyası məlumat yayıb.

Qəza nəticəsində 25 nəfərin yaralandığı, onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Bütün sərnişinlər təxliyə edilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.