İsrail və HƏMAS arasında qarşıdurma 7-ci həftədir davam edərkən, İsrail ordusu Qəzzada Şifa xəstəxanasının görüntüsünü paylaşıb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüntülərdə HƏMAS-a aid olduğu iddia edilən tunel əks olunub. Bildirilib ki, dərinliyi 10 metr olan tunelin uzunluğu 55 kilometrdir.
Görüntülərin sonunda partlayışa davamlı bir qapı görünür. Lakin qapı arxasında baş verənlərlə bağlı təfərrüat verilməyib.
İsrail xəstəxananın HƏMAS-ın qərargahı kimi istifadə edildiyini iddia edib.
Həmas Fələstində yüzlərlə kilometrlik gizli tunellər, bunkerlər və giriş şaftları şəbəkəsinə malik olduğunu etiraf etsə də, onların xəstəxanalar kimi mülki infrastrukturlarda yerləşdiyini inkar edib.