İsrail və HƏMAS arasında davam edən münaqişə dayandırılacaqmı? Həmas lideri İsmayıl Haniyə İsraillə atəşkəs razılaşmasına yaxın olduqlarını bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Haniyə cavablarını atəşkəs razılaşmasına vasitəçilik edən Qətərə çatdırdıqlarını açıqlayıb. Həmas rəsmisi Qətərdə yerləşən Əl-Cəzirə televiziyasına da danışıb. Rəsmi bildirib ki, yardımın Qəzzaya necə daxil olacağı və girovların dəyişdirilməsinin necə həyata keçiriləcəyi ilə bağlı danışıqlar davam edir.
ABŞ prezidenti Co Bayden də dünən deyib ki, o, atəşkəs razılaşmasının yaxın olduğunu düşünür.
Layihənin mətninə əsasən, atəşkəsin müddəti beş gündür. Buna cavab olaraq HƏMAS bu müddət ərzində ən azı 50 qadın və uşaq girovu azad edəcək.
Bu proses 24 saatlıq fasilələrlə baş verəcək.
Qeyd edək ki, İsrail ordusu Qəzzanın şimalını böyük ölçüdə işğal edib.