Paşinyan: “Ermənistanda beynəlxalq standartlara cavab verən ali məktəb yoxdur”

“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun ali məktəb yoxdur”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
“Biz, məsələn, ali məktəblərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını bəyan ediriksə, bu, o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün ali məktəblər bağlanmalıdır”, - o bildirib.
Baş nazirin sözlərinə görə, buna görə gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar.
N.Paşinyan əlavə edib ki, yalnız bir neçə ali məktəb əcnəbi tələbələri cəlb edir.