İranda 5 alpinist qar uçqununun altında qalıb

İranın Lorestan əyalətinin Ezna şəhərində Oştorankuh dağlarına qalxan 9 nəfərlik alpinist qrupundan 5 nəfər qar uçqunu altında qalıb.

Sherg.az türk mediasına istinadə xəbər verir ki,  İranın yarı rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Ezna Qızıl Aypara Cəmiyyətinin prezidenti Əli Rza Süleymani hadisə ilə bağlı açıqlama verib.

Alpinist komandasının cümə axşamı axşam saatlarında Oştorankuh dağlarının ətəklərinə getdiyini bildirən Süleymani komandanın dünən səhər Senberan zirvəsinə qalxmağa başladığını və Çale Kebud bölgəsində qar uçqunu altında qaldığını bildirib.

Süleymani qar uçqunu nəticəsində qapalı qalan 9 alpinistdən ibarət qrupdan 2-si yaralı,  4 nəfərin xilas edildiyini, 5 alpinistin isə qar  uçqunun altında qaldığını qeyd edib.

Ezna şəhər Qızıl Aypara qruplarının hadisə yerində axtarış-xilasetmə işlərinə davam etdiyini bildirən Süleymani, bölgəyə Mərkəzi əyalətdən bir vertolyotun göndərildiyini bildirdi.