Taylandın paytaxtı Banqkokda küçələrdən birində təxminən 4 metrlik piton ilanı tapılıb. “Ev heyvanı” olduğu müəyyən edilən piton daha sonra sahibinə qaytarılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Banqkokun Huamark səmtindəki yanğınsöndürənlər dünən küçədə nəhəng pitonun göründüyü barədə məlumat alıblar. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası və mütəxəssis qrupu tərəfindən qısa müddətdə yaxalanan təxminən 4 metr uzunluğundakı ilanın zəhərsiz və ekzotik növ olan albinos piton olduğu bildirilib.
Komandalar tərəfindən yanğınsöndürmə məntəqəsinə gətirilən və kifayət qədər sakit görünən pitonun əhliləşdirilmiş piton olduğu müəyyən olunaraq sahibinin axtarışına başlanılıb. Yanğınsöndürmə məntəqəsində ilan ölçüsünə uyğun qəfəs tapılmasa da, nəhəng ilan gecəni komandanın otağında keçirib.
Sosial mediada yazılanları görən ilan sahibi bu gün səhər yanğınsöndürmə məntəqəsinə gələrək pitonu götürüb. Dünyanın ən böyük ilan növlərindən biri olan albinos piton ümumiyyətlə Afrikada görünən bir növ kimi tanınır. .