Putin BƏƏ-yə səfər edib

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Putinin təyyarəsi BƏƏ paytaxtı Abu-Dabinin hava limanına enib.
Qeyd edək ki, Putin Abu-Dabidə BƏƏ rəhbərliyi ilə görüşəndən sonra Səudiyyə Ərəbistanına səfər edəcək.