Ərdoğandan xəbərdarlıq: Türkiyədə əməliyyat keçirsələr, bədəli ağır olacaq

Türkiyədə (əməliyyat) addım atmağa cürət edərlərsə, bunun bədəlini çox, amma çox ağır ödəyərlər.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KİV-də İsrail xüsusi xidmət orqanlarının HAMAS üzvlərinə qarşı bir neçə ölkədə, o cümlədən Türkiyədə əməliyyat keçirəcəklərinə dair məlumatlara münasibət bildirərkən deyib.
“Bizi tanımırlar. Türkiyənin kəşfiyyat sahəsində qət etdiyi məsafəni dünyada bilməyən yoxdur. Biz dünən qurulmuş bir dövlət deyilik”, - Ərdoğan qeyd edib.