Separatçı deputatın avtomobili partladıldı

Ukraynanın Luqansk şəhər stadionu yaxınlığında avtomobil partladılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb.
Xəbərə görə, avtomobildə "LXR"-in Xalq Şurasının deputatı Oleq Popov olub.
Kanalın məlumatına görə, Popov yaralanıb. Onun vəziyyəti ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, bundan əvvəl Xerson vilayətinin Nova Kaxovka şəhərində "Vahid Rusiya"nın yerli bölməsinin icraçı katibi Vladimir Malovun olduğu avtomobil partladılıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yerli hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndirdiklərini bildiriblər.