Quterreş ilk dəfə BMT TŞ sədrinə məktub göndərdi

BMT Baş katibi Antonio Quterreş ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, Qəzza zolağında və İsraildə qısa müddətdə insan tələfatının miqyasını nəzərə alaraq Baş katib BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək TŞ-nın sədrinə məktub göndərib.


Bu, A. Quterreşin beynəlxalq təşkilatın sədri kimi 2017-ci ildən bu yana TŞ-na göndərdiyi ilk məktubdur.


Məktubda Baş katib TŞ-nın üzvlərindən bölgədə humanitar fəlakətin qarşısının alması və humanitar atəşkəsin elan olunmasını xahiş edib.