İsveç Türkiyəyə qarşı müdafiə sənayesindəki embarqonu aradan qaldırıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, ba barədə xarici işlər nazirinin müavini Burak Akçapar bildirib.
O qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) İsveçin NATO-ya üzvlüyünə dair prosesin başladılmasından sonra türk şirkətlərinin etdiyi müraciətlər müsbət nəticələnib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, İsveçin NATO-ya üzvlüyü məsələsi artıq iki ölkə arasındakı mövzu olmaqdan çıxıb:
"Bu problem indi Türkiyə Amerika Birləşmiş Ştatları arasındakı məsələ halına gəlib. Son aylarda İsveç bir sıra addımlar atdı. Məsələn, terrorla bağlı qanunlar çıxardı və son olaraq Türkiyəyə müdafiə sənayesində uyquladığı embarqoları aradan qaldırdı. İsveç müdafiə sənayesi baxımından önəmli ölkədir. Eyni zamanda Avropa Birliyi fonunda da texnologiyasını genişləndirib. İndi isə NATO içərisində də müdafiə sənayesində böyük rol oynayacaq. İngiltərəylə bu mövzuda strateji iş birliyinə də sahibdir. Türkiyənin son illərdə müdafiə sənayesində artan tutumu çərçivəsində İsveçlə Türk firmaları arasındakı iş birliyi bundan sonra da inkişaf edəcək. Digər tərəfdən mövzuya Türkiyə Amerika əlaqələri baxımından baxmaq da önəmlidir. Əgər önümüzdəki zaman daxilində yeni problemlər çıxmasa, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə səs verməsini də söyləyə bilərik".