Yaşıl işıq: İsveç Türkiyəyə embarqonu götürdü
Yusif Nəzərli
22:03 27.12.2023
Dünya
846
Ekspert hesab edir ki, İsveçin NATO-ya üzvlük üçün müraciətini Türkiyə parlamenti tez bir zamanda ratifikasiya etməyəcək
İsveç embarqonu ləğv etdi və Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladı. Bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar deyib. Akçapar bildirib ki, parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi: İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə sənayesi sahəsində ixrac lisenziyası verməyə başladığı məlum olub". Qeyd edək ki, İsveç 2019-cu ilin oktyabr ayından Türkiyəyə müdafiə sənayesi təchizatına embarqo qoyub. Xatırladaq ki, bundan öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun F-16-ların Türkiyəyə satışını dəstəklədiyini, ancaq satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağını söyləmişdi.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, İsveçin NATO-ya üzvlük üçün müraciətini Türkiyə parlamentinin tez zamanda ratifikasiya edəcəyi inandırıcı deyil.
Ekspertin sözlərinə görə, mövcud təzyiq cəhdlərinə baxmayaraq, sənəd qısa müddətdə təsdiqlənməyəcək:
"İsveç mediası zaman-zaman yazır ki, hökumət NATO-ya üzvlüklə bağlı müraciətin Türkiyə tərəfindən "bir neçə həftə ərzində" ratifikasiya olunacağını gözləyir. Amma Ankara bu məsələdə prinsipiallıq göstərir. Türkiyənin bütün şərtlərinin İsveç tərəfindən yerinə yetirilməməsi səbəbindən prosesin sürətlə gedəcəyi ehtimalı azdır. Prosesdə son sözü Türkiyə deyəcək. Türkiyə terrorizmlə mübarizədə İsveç qarşısında irəli sürdüyü tələblərin yerinə yetrilməsində israrlıdır. Düzdür, İsveç bir sıra addımlar atmaqdadır. Məsələn, Türkiyəyə qarşı tətbiq etdiyi embarqonu ləğv edərək, müdafiə ixracı üçün lisenziyalar verməyə başlayıb. Amma bu hələ məsələnin həlli demək deyil. Türkiyənin NATO-ya üzvlük məsələsində geri çəkiləcəyini düşünmək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya