Çin və Şimali Koreyadan addım:  2024-cü ili “dostluq ili”...

Çin və Şimali Koreya liderləri 2024-cü ili “dostluq ili” elan ediblər.

"Sherg.az" xəbər verir ki, Çin prezidenti Xi və Şimali Koreya lideri Kim yeni il təbriklərində 2024-cü ili iki ölkə arasında “dostluq ili” elan etdiklərini açıqlayıblar. 

Xi mesajında ​ Çin və Şimal Koreya arasında iki ölkənin keçmiş liderləri və partiyaların təşəbbüsü ilə yaranan ənənəvi dostluğun inqilabi mübarizədə daha da möhkəmləndiyini və sosializm quruculuğu prosesində daim dərinləşinləşdiyini qeyd edib:

"Çin Kommunist Partiyası və Çin hökumətinin yeni dövrdə Şimali Koreya ilə münasibətlərinə hər zaman strateji və uzunmüddətli perspektiv olaraq dəyərləndirir. Çin Şimali Koreya ilə dostluq 
ilini bu yolda bir fürsət olaraq görür. Biz uzunmüddətli dostluq və qarşılıqlı strateji etimadı dərinləşdirmək, əməkdaşlıq və qarşılıqlı əlaqələri artırmaqla regional sülh və sabitliyə töhfə vermək üçün birlikdə işləməyə hazırıq." 

Şimali Koreya lideri Kim də mesajında ​​iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü olan 2024-cü ilin kritik bir il olduğunu, hər iki ölkədə “sosializm quruculuğunun yeni tərəqqi mərhələsinə qədəm qoyduğunu” vurğulayıb:

"İki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığı “zamanın tələblərinə” uyğun və hər iki ölkə xalqının arzu və gözləntilərinə uyğun olaraq inkişaf etdirmək istəyirik".