"Qarabağ" "Sabah"ı təbrik etdi

“Qarabağ” klubu “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilib:

“Sabah” FK-nı Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edir, qarşıdakı oyunlarında uğurlar arzulayırıq”.

Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda “Slaviya”ya (Praqa) 2:0 hesabı ilə qalib gəlib.