Çempionlar Liqası: “Galatasaray” və "İnter" məğlub oldu

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində ikinci turun oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, oktyabrın 13-də gecənin diqqətçəkən qarşılaşmalarından birində İspaniyanın “Atletiko” (Madrid) klubu İngiltərənin “Mançester Yunayted” komandasına 2:0 hesabı ilə qalib gəlib.

İngiltərənin “Arsenal” klubu Fransanın “Lill” komandasını 3:0 hesabı ilə məğlub edib. İspaniya təmsilçisi “Barselona” isə İstanbulda “Qalatasaray” üzərində 4:1 hesablı qələbə qazanıb.

“Leypsiq” isə Niderlandın PSV klubunu 1:0 hesabı ilə üstələyib.

“Bayern” Norveçdə “Vikinq”lə 3:3 hesablı heç-heçə edib. “Vilyarreal” isə İtaliyanın “Napoli” klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. “İnter” isə öz evində “Brügge”yə 3-4 hesabı ilə məğlub olub.