Netanyahunun sonudur: İsrail baş nazirlə vidalaşır?

Hazırda İsrailin baş naziri vəzifəsini icra edən Binyamin Netanyahunun sonu yaxınlaşır. İsrailin “ana” müxalifət lideri Yair Lapid “2024-cü ildə Netanyahu baş nazir olmayacaq” xəbərdarlığı edib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, İsrailin sabiq baş naziri Yair Lapid hazırkı baş nazirlə bağlı sərt danışıb. O, bildirib ki, sorğularda B.Netanyahuya İsrail xalqının dəstəyinin yarıbayarı azaldığı görünür.  Y.Lapid İsraildə ikinci böyük partiya olan “Yesh Atid” lideridir. İsrail Məclisində çıxış edən Y.Lapid deyib ki, ölkənin daöıntılara, fəlakətlərə məruz qalması baş nazirin səhv siyasətinin nəticəsidir. 2024-cü ildə İsrail ölkəni fəlakətə sürükləyən bu şəxslə, 2024-cü ildə ölkəni fəlakətlərdən xilas edə biləcək yeni siyasi qüvvə arasında seçim etməli olacaq. Sorğular göstərir ki, B.Netanyahunun lideri olduğu “Likud” partiyası və onunla birlikdə hökuməti təşkil edən koalisiyada yer alan partiyalar xalq arasında nüfuzunu itirib. “İsrail cəmiyyətinin nəyi seçəcəyini bilirəm. Siz də bilirsiniz”, söyləyən Y.Lapid 2024-cü ilin Netanyahunun sonu olacağını deyib.