Türkiyənon Milli Müdafiə Nazirliyi (MMN) Fərat Qalxanı bölgəsində təcavüz atəşi açan 4 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
"Sherg.az"a Türkiyə medisına istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi daha 4 terrorçunun zərərsizləşdirilməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada, Terrorçuların təqib atəşləri cəzasız qalmır deyə vurğulanıb:
"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Fəratda sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Qeyd edilən ərazi Suriyanın şimalındakı Qalxan bölgəsidir”.
Mənbə: Haber Global