Yaponiyada təyyarə yanğını davam edir - VİDEO - YENİLƏNİB

Tokio hava limanında toqquşma nəticəsində təyyarədə baş vermiş yanğın davam edir.
APA xəbər verir ki, yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***
13.57
Tokioda göyərtəsində 379 nəfər sərnişinin olduğu deyilən təyyarə alovlanıb.
APA xəbər verir ki, bu barədə yerli “NHK World-Japan” kanalı məlumat yayıb.
Bildirilib ki, Tokio hava limanına eniş edən təyyarənin alovlanmasına səbəb səmada digər bir təyyarə ilə toqquşması olub.
Yanan təyyarənin göyərtəsindəki bütün sərnişinlər və ekipaj üzvləri təxliyə edilib.