Xarkovda partlayışlar baş verdi

Ukraynanın şərqindəki Xarkov vilayətinin Boqoduxov şəhərində partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Poltava, Sum, Xarkov, Çerkass, Çerniqov vilayətlərində, həmçinin Kiyev vilayətində havadan təhlükə ilə bağlı xəbərdarlıq edilib.