İrəvanda yerli neonasistlərin yürüşü: Məqsəd? - RƏY

Ermənistanın paytaxtı İrəvanda yerli neonasistlərin yürüşü keçirilib. Onlar azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədərək soyqırımılar etmiş, İkinci Dünya Müharibəsi illərində isə Hitler Almaniyası ilə sıx əməkdaşlıq qurmuş və müharibədən sonra həbs edilərək həbsxanada ölmüş Qaregin Njdeni anıblar. Erməni neonasistlər İrəvan küçələri ilə keçərək Njdenin abidəsi qarşısında toplaşıblar. Əllərini neonasist salamınla qaldıran bu şəxslər irqçi şüarlar səsləndiriblər.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, İrəvanda neonasistlərin yürüşündə, Nikol Paşinyanın ucaltdığı Njdenin və digərlərinin abidələrini ziyarət etməsində əslində qeyri-adi nəsə yoxdur.



Analitik bildirib ki, hazırda dünyada neonasizmə qarşı mübarizənin getdiyi vaxtda Ermənistanda bu, normal haldır:

"Ələlxüsus istər Qarabağ erməniləri, istərsə də Ermənistan erməniləri arasında həmişə nasizmə böyük bir eşq olub. Misal üçün, Ermənistan baş nazirinin babası Nikolay Vartanoviç Paşinyan sovet ordusuna qarşı döyüşərək, “beşinci kolon” rolu oynayıb və faşistlərə xidmət edib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Nikol Paşinyanın babası sovet ordusu tərəfindən öldürülüb".