Yaponiyada zəlzələdə ölənlərin sayı 160-ı keçdi

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.
Bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

Qeyd edilib ki, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Səlahiyyətli qurumlar 195 nəfərin hələ də itkin hesab olunduğunu bildirir.