Ankarada iki bələdiyyə sədrinin müavini də daxil olmaqla 25 nəfər saxlanılıb

Türkiyənin Ankara vilayətinin Etimesqut bələdiyyəsində keçirilən əməliyyat zamanı iki sədr müavini də daxil olmaqla 25 nəfər saxlanılıb.

Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Əməliyyatın səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, daha əvvəl Etimesqut bələdiyyəsinin rəhbərliyi barəsində korrupsiya, eləcə də bələdiyyə satınalmaları və tenderlərində qanun pozuntuları şübhəsi ilə araşdırma başlanıb.

2026-cı ilin iyulunda həmin iş üzrə keçirilən genişmiqyaslı əməliyyat zamanı Etimesqut bələdiyyəsinin sədri Erdal Beşikçioğlu və onun müavinləri də daxil olmaqla onlarla şəxs saxlanılmışdı.