Zelenski: Ukrayna ötən gecə tərəfdaşlarından kəşfiyyat məlumatları almayıb

Ukrayna ötən gecə tərəfdaşlarından kəşfiyyat məlumatları almayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.

"Təəssüf ki, tərəfdaşlarımızdan xəbərdarlıq almadıq",- V.Zelenski bildirib.

O, kəşfiyyat məlumatlarının Ukrayna üçün ən vacib məsələlərdən biri olduğunu qeyd edib.