Qızıl Qlobus mükafatına Oppenheimer və Succession damğa vurdular

Hollivud Xarici Mətbuat Assosiasiyası (HFPA) tərəfindən təşkil edilən və hər il televiziya və kino dünyasının ən yaxşılarına verilən Qızıl Qlobus Mükafatları Los Ancelesdə təşkil edilən mərasimlə qaliblərinə təqdim edilib.
"Sherg.az" xəbər verir ki, Oppenheimer gecənin ən yüksək mükafatı olan "Ən yaxşı dram filmi" də daxil olmaqla beş mükafat qazandı.
“Oppenheimer” filmindəki rollarına görə Sillian Merfi “Dramda ən yaxşı aktyor”, Robert Dauni “Ən yaxşı ikinci plan aktyoru” mükafatını, filmin rejissoru Kristofer Nolan isə “Ən yaxşı rejissor” mükafatını qazanıb. Musiqisi Lüdviq Göranssona məxsus olan film "Ən yaxşı soundtrack" nominasiyasında beşinci mükafatını qazanıb.
Oppenheimerin “ilk nüvə bombasının atası” kimi tanınan sirli alimdən və atom bombasının kəşfindən bəhs edən filmi dünya üzrə 995 milyon dollar gəlir əldə edib.
Gecənin kino kateqoriyasında diqqət çəkən digər filmi isə rejissor Yorgos Lantimosun çəkdiyi “Poor Things” filmi olub. Emma Stoun yeddi nominasiya üzrə namizəd olan filmdəki roluna görə musiqili/komediya kateqoriyasında ən yaxşı aktrisa mükafatını qazanıb