Şəmkirdə 42 yaşlı şəxsin meyiti tapılıb

Şəmkirdə 42 yaşlı şəxsin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü Elmir Ramazanovun yaşadığı evin həyətində meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.