“Roşka” ləqəbli tiktokerə hökm oxundu

Sosial platformalarda, xüsusilə canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Rövşən Süleymanzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1996-ci il təvəllüdlü Rövşən Süleymanzadə bu ilin yanvarında polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanub.

Rövşən Süleymanzadənin barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bundan əvvəl müvafiq qərarla R.Süleymanzadə ötən ilin noyabrında inzibati qaydada 45 sutka həbs edilib.

Eyni əməllərə görə, həmin ilin aprelində də o, inzibati qaydada 20 sutka həbs olunub.