ABŞ-də  Baydenə təpki: "Onun əllərində qan var"

İsrailin Qəzza zolağına 100 gündür hücumları səngimək bilmir. Dünyanın reaksiyası qarşısında geri addım atmayan İsrail ordusu ABŞ-ın dəstəyi ilə bölgədəki qırğınlarını davam etdirir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Fələstinə dəstək yürüşündə İsrailin hücumlarına etiraz edilib. Ağ Evin şərqində yerləşən "Freedom Plaza"da toplaşan minlərlə insan əllərində Fələstin bayraqları ilə Qəzzada atəşkəs çağırışı edərkən, meydanın ortasında nəhəng Fələstin bayrağı açılıb.

Fələstinli tərəfdarlar əllərində “Qəzzada müharibəyə son”, “ABŞ-ın İsrailə bütün yardımlarına son” və “Baydenin əli qandır” yazılı plakatlar qaldıraraq, “Fələstin çaydan dənizə qədər azad olacaq” şüarları səsləndiriblər.

Yürüş zamanı nümayişçilər bu il ABŞ-da keçiriləcək seçkilərə də toxunaraq, “Noyabrda xatırlayacağıq” kimi şüarlar səsləndiriblər və  Baydenə mesaj göndəriblər.