Meloni Ərdoğanla görüşdü, Ankaranı təriflədi

İtaliya Baş naziri Corciya Meloni Türkiyəyə səfər edib.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində Meloni Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Meloni Ərdoğanla görüşündə Ankaranın Qara dəniz taxıl təşəbbüsünün bərpası istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər əsas qlobal problemləri, xüsusilə İsrail və Fələstin arasındakı münaqişəni, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, Meloni Türkiyə tərəfinin diplomatik vasitəçilik səylərini alqışlayıb.