Yanacağın qiyməti təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində baş verir. Qiymət artımı əsasən Yaxın Şərqdə və dünyada gedən proseslər, xüsusən də müharibələrlə əlaqədardır.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanacağın, xüsusən də dizel yanacağının qiymətinin düşəcəyi gözlənilir. Əgər bu baş verməsə, hökumət qiymət artımının qarşısını almaq barədə düşünə bilər.
Qeyd edək ki, Gürcüstanda son bir ildə benzinin qiyməti 30 faizdən çox, dizel yanacağının qiyməti isə 55 faizdən çox artıb.
Dizel yanacağının qiyməti oktyabrın 9-da rekord həddə çatıb - 1 litri 5 lariyə satılıb. Bu isə sürücülərə və müəssisələrə ağır zərbə vurur. Artıq gündəlik istehlak mallarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur.