Beko şirkəti ev heyvanlarının qayğısını asanlaşdırmaq və insanlarla heyvanların sağlamlığını qorumaq məqsədilə beş yeni məhsulunu təqdim edib.
Sherg.az xəbər verir ki, Türkiyədə keçirilən təqdimatda ağıllı yem və su qabları, hava təmizləyicisi, robot tozsoran və heyvan tüklərini təmizləyən xüsusi proqramlı quruducu maşın nümayiş olunub.
Ağıllı qablar vasitəsilə heyvanların qidalanmasına və su istehlakına məsafədən nəzarət etmək mümkündür. Hava təmizləyicisi toz, allergen və qoxuların azaldılmasına kömək edir. Robot tozsoran isə yaş ləkələri aşkarlayır, heyvan tullantılarının olduğu sahələrdən yan keçir və məsafədən idarə olunur.
Şirkət 7-15 oktyabr tarixlərində məhsullara endirimlər tətbiq edəcəyini, hər satış üzrə heyvan sığınacaqlarına və heyvanların qorunması layihələrinə ianə ediləcəyini də açıqlayıb.