Şimali İraqda 5 terrorçu zərərsizləşdirilib

Separatçı terror təşkilatı PKK-ya qarşı sərhədyanı əməliyyatlar davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyi yeni əməliyyatla bağlı açıqlama verib.

Məlumata görə, İraqın şimalında həyata keçirilən əməliyyatda hücuma hazırlaşan 5 terrorçu zərərsizləşdirilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, "Gücünü soylu millətimizdən alan Türk Silahlı Qüvvələrimiz İraqın şimalında terrorçuları təmizləməyə sürətini azaltmadan davam edir. İraqın şimalında aşkarlanan daha 5 PKK terrorçusu zərərsizləşdirilib. Onlar xain məqsədlərinə nail ola bilməyiblər. Bölgədə bir terrorçu qalmayana qədər əməliyyatlarımızı qətiyyətlə davam etdirəcəyik"- deyə bəyanatda bildirilir.