"Tramp Media və Texnologiya Qrupu"nun baş kommunikasiya müşaviri Keti Zakariya avqustun sonunda vəzifəsindən ayrılan Kerolin Livitti əvəz edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Tramp "Truth Social"-da yazıb: "Keti Zakaryanın mətbuat katibi təyin olunmasını elan etməkdən şərəf duyuram. Keti hazırda "Truth Social"da (Trump Media & Technology Group) baş kommunikasiya məsləhətçisi vəzifəsində çalışır və burada görkəmli nəticələr nümayiş etdirib! Keti Kaliforniyada anadan olub və əvvəllər Daxili Təhlükəsizlik Departamentində sözçü və ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibin müavini vəzifələrində çalışıb".
O, Zekariahın vəkil kimi təhsil aldığını və tez-tez "Fox News" və "Newsmax" kimi kanallarda çıxış etdiyini xatırladıb: "O, əvvəllər mənim kampaniyalarımda işləyib, əsas ştatlarda kömək edib və biz yeddi seçkinin hamısında qalib gəldik. Onun qüsursuz nüfuzu var və o, lap əvvəldən mənim sadiq və parlaq tərəfdarım olub", - deyə prezident əlavə edib.