Lənkərana dolu yağıb

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq rayonun bir sıra kəndlərinə dolu yağıb.

Dolu təxminən 4-5 dəqiqə davam edib. Təbiət hadisəsi Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndlərində və Liman şəhərində müşahidə olunub.

Dolu yağandan sonra əraziyə intensiv yağış düşüb. Məlumata görə, bəzi ərazilərdə ağaclar aşıb.

Hazırda Lənkəranda yağışlı və küləkli hava şəraiti davam edir.