Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı zamanı Ukrayna böhranının nizamlanması, İran ətrafındakı vəziyyət, enerji tədarükü və ikitərəfli münasibətlər müzakirə olunub.
Sherg.az xəbər verir ki, Kremlin məlumatına görə, Rusiya ABŞ və dünya bazarlarını neft və neft məhsulları ilə təmin etməyə hazırdır. Putin bu tədarüklərin qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirib.
Daha əvvəl Ağ Ev Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb. Rusiya tərəfi dərhal 300 min ton, noyabrda 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağı tədarük etməyə hazır olduğunu bildirib. Tramp bu addımın dünya bazarında yanacaq qiymətlərini aşağı salacağını gözləyir.