2 dollara aldılar, 2 milyon qazandılar-FOTO

 Ailə bu gün bolluq içində yaşamalarına görə bir fotoya borcludur


 Həyatları təsadüfən satın aldıqları bir foto sayəsində kökündən dəyişib. 2 dollara satın aldıqları şəkil onlara 2 milyon dollar qazandırıb.  
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ABŞ-nin Kaliforniya ştatında yaşayan Guijarro ailəsi bu gün bolluq içində yaşamalarına görə bir fotoya borcludur. Ailə başçısı Randi Guijarro Kaliforniyadakı əntiq əşyalar dükanında gördüyü köhnə bir şəkli bəyənib və sadəcə, 2 dollar ödəyərək onu satın alıb. Şəkil sap-sarı və çox köhnə idi. Randi evə gəlib, aldığı fotonu otağa qoyub. Otaqda əntiq dükandan aldığı daha bir çox əşya, qədim xəritə, markalar və sair vardı. Bir neçə gün sonra böyüdücü şüşə ilə həm bu, həm də digər fotoları incələməyə başlayıb. Həyatının dönüş nöqtəsi də bu zaman başlayıb. Fotodakı insanlardan biri ona çox tanış gəlib. Araşdırdıqda, bu adamın “Vəhşi Qərb” mədəniyyətində “Billi the Kid” kimi tanınan Henri McCarty olduğunu təəccüblə müəyyən edə bilib. Kimdir, “Billi the Kid” - Henri McCarty? Bu adam ABŞ-də vaxtilə çəkilən kovboy filmlərinin uzun illər “ilham qaynağı” olan adamdır. Bu adamın 10-larla insanı boğaraq öldürdüyü, qanun qaçağı olduğu məlumdur. Randi Guijarro isə onu məşhur kovboy filmlərindən tanıyırdı. "Billi the Kid"in obrazı  bir çox kovboy filmlərində canlandırılıb, onun indiyədək yalnız bir fotosu əldə edilib. Randi şəkildəki adamın məşhur qaçaq olduğunu təsdiqləmək üçün araşdırmalara başlayıb. Qeyd edək ki, foto məşhur qaçaq kriket oynadığı zaman çəkilib. Randi də düşünüb ki, bu foto çox qiymətli olmalıdır. Axı indyədək kimsə bu məşhur insanın kriket oynadığından xəbərsizdir.  Randi auksion şirkətləriylə əlaqə yaradıb. Şirkətlərdən biri Randinin əlindəki fotonun Billi The Kidə aid olduğunu təyin edib və foto 5 milyon dollar sığortalanıb. 2011-ci ildə isə milyonçu Villiam Koç fotonu almaq üçün Randiyə 2.3 milyon dollar təklif edib. Randi də fotonu bu adama satıb. Randi deyir ki, bəlkə də bir çox insanda qədimdənqalma şəkillər vardır. Onların arasında mütləq məşhur insanların şəkilləri də ola bilər. Yaxşısı budur, hər kəs evinin çardağını, lazımsız hesab edərək zirzəmidə saxladıqları əşyalara diqqətlə baxsın. Onların arasında gizli xəzinələr ola bilər.