Oktyabrın 7-də paytaxtın Nərimanov rayonunda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sherg.az xəbər verir ki, bu haqda DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.

Ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Vaxtında göstərilən yardım nəticəsində azyaşlının və digər piyadanın həyatı xilas edilib.