Portuqaliya Amerikadan F-35 qırıcı təyyarələrini almağı nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Rangel ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra bildirib.
Məlumata görə, Portuqaliya milli maraqlara əsaslanaraq qərar verəcək.
"Portuqaliya hələ də 28 modernləşdirilmiş F-16M qırıcısının dəyişdirilməsi üçün rəsmi tender elan etməyə hazırlaşır. Bu razılaşma Lissabonun ya Avropa, ya da Amerika tərəfdaşları ilə müdafiə əlaqələrini gücləndirə bilər", - məlumatda qeyd olunub.