"Survivor"la vidalaşmalı oldu: Turabidən ilk açıqlama...

Daha əvvəl iki dəfə "Survivor"da çempion olmuş və "Survivor All Star 2024"-ün ən iddialı yarışmacıları arasında yer alan Turabi Çamkıran səhhətində yaranan problemlə  qatıldığı yarışmada yenə zədələnib. 

Sherg.az türk mediasına istinadən  xəbər verir ki, Acun Ilıcalı Survivorda son bölümlərdə yer ala bilməyən Turbo ləqəbli yarışmaçının həkim nəzarətində olduğunu açıqlayıb.

Acun Ilıcalı fövqəladə məclisdə Turabinin zədə səbəbindən Survivorla vidalaşdığını açıqlayıb.

Nəhayyət, "Survivor"la vidalaşması gündəmdə olan Turabi ilk açıqlamasını verib. Məşhur ad, "...Səhhətimdəki problemlərə görə işi tərk etməli oldum. Daha güclü qayıdacağam. Zədəmin yaratdığı problemlərə əsaslanaraq, heç kim tərəfindən təzyiqə məruz qalmadan vidalaşıram..." deyib.

Turabi sözlərini  bu cümlələrlə bitirib:

 "Bütün yarışan qardaşlarıma, bacılarıma ürəkdən uğurlar arzulayıram. Hamısı çempionluğa, ən əsası isə yaşadıqları çətinliklərdən dolayı sonsuz hörmətə layiqdirlər. Hamısına qəzasız, bəlasız, zədəsiz yaxşı mövsüm arzulayıram. Allaha əmanət olsunlar!”.