Brüsseldə Ermənistan-AB iclası keçiriləcək

Fevralın 13-də Brüsseldə AB-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
“Tərəflər AB-Ermənistan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrasının gedişi və tərəfdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin daha iddialı tərəfdaşlıq proqramının təşviqi imkanlarını müzakirə edəcəklər. Görüş iştirakçıları siyasi məsələlər, o cümlədən regional proseslər, xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar”, - məlumatda deyilir.