Şagirdlərin və məktəb işçilərinin etirazları başlayandan bəri Fransanın hüquq-mühafizə orqanları tərəfindən 6 600-dən çox şəxs saxlanılıb.
"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Loran Nunyes Milli Assambleyada (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib.
"6 629 nəfər saxlanılıb, 761 polis yaralanıb. 215 şagird, eləcə də 89 məktəb işçisi xəsarət alıb", - o deyib.
Daha əvvəl milli təhsil naziri Eduar Jeffre bildirib ki, etiraz aksiyalarındakı iğtişaşlar zamanı məktəb binalarına dəyən ziyan səbəbindən 30 minə yaxın yuxarı sinif şagirdi bir neçə həftə ərzində dərslərdə əyani şəkildə iştirak edə bilməyəcək.