Alimlər okeanın ən dərin nöqtəsində pivə şüşəsi tapıblar

Alimlər okeanın təxminən 11 kilometr uzunluğunda "Mariana səngəri" kimi tanınan ən dərin nöqtəsində insanların atdığı pivə şüşəsi tullantılarını tapıblar.

Oreqon Dövlət Universitetinin coğrafiya və okeanoqrafiya professoru Dr. Dawn Wright 2022-ci ildə insanların planeti "dönməz şəkildə" çirkləndirdiyini söyləyib.

"Los Angeles Times" qəzetinin yazdığına görə, pivə şüşəsinin aşkar edildiyi sualtı tədqiqatın ilk məqsədi okeanın ən dərin nöqtəsi olan Mariana xəndəyindəki Challenger dərinliyinin "əvvəllər ziyarət edilməmiş bölgəsini" araşdırmaq olub.

Tədqiqatçı iki nəfərlik sualtı qayıqla Sakit okeanın ən dərin nöqtəsinə enib və orada qəribə bir şey tapıb.

Dr. Rayt kəşfini belə təsvir edir: “Okeanın dibində, Yerin ən dərin nöqtəsində çöküntüdə yatan pivə şüşəsi. O Sakit okeanın ən qaranlıq dərinliklərinə qədər səyahət edib, etiketi hələ də toxunulmazdı".

Bu tullantı insanlardan əvvəl dünyamızın toxunulmamış hissəsinə yol tapmışdı.

Bu, insanların təbii dünyaya nə qədər dərin və geri dönməz şəkildə təsir göstərdiyinin simvoludur.

İstifadəçilər sosial şəbəkələrdə insan tullantılarının dünyanın ən dərin və toxunulmaz nöqtəsinə çatmasına reaksiya veriblər.