Araşdırma: Amazon meşələrinin yarısı 2050-ci ilə qədər yox ola bilər

Beynəlxalq araşdırmaya görə, Amazon meşələrinin demək olar ki, yarısı 2050-ci ilə qədər quraqlıq, meşələrin qırılması və yanğınlar səbəbindən yox ola bilər.

Sherg.az xəbər verir ki, "Daily Mail" qəzetinin məlumatına görə, elm adamları yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbiylə Amazonun yüzdə 38-nin pisləşdiyini bildirən elm adamları 2050-ci ilə qədər tropik meşələrin yüzdə 10-47 faizinin məhv ola biləcəyini düşünürlər.

Rütubət səviyyəsi bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.

Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini istehsal etdikləri üçün “dünyanın ağciyərləri” olaraq xarakterizə edilir.

Araşdırmanın təfərrüatları "Nature" jurnalında dərc olunub.