Türkiyə və Yunanıstan müdafiə nazirləri Niyyət Protokolu imzalayıb

Türkiyə və Yunanıstan müdafiə nazirləri Brüsseldə ölkələrinin “Avropa Göy Qalxanı Təşəbbüsünə (ESSI) qatılmalarına dair Niyyət Protokolunu imzalayıblar.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İmza mərasimində iştirak edən Y. Güler bu addımın NATO kollektiv təhlükəsizlik prinsipi üçün vacib olduğunu vurğulayıb.